Azerbaijani to English: sample text General field: Other Detailed field: Agriculture |
Source text - Azerbaijani Azərbaycanda mövcud olan heyvan cinslərinin məhsuldarlığı aşağıdır. Yerli cinslərin orta illik məhsuldarlığı 1110 litrdir. Qısırlığın aradan götürülməsinə edilən cəhdlər kifayət deyil. SSRİ dağılandan sonra heyvanların cins tərkibinin yaxşılaşdırılması sahəsində işlər dayanıb heyvan cinslərində cırlaşma başlayıb. Özəlləşdirmə zamanı fərdi adamlara əmlak payı kimi paylanılmış qara –ağ və şives inək cinslərinə sənaye üsulu ilə qulluq edilmədiyindən həmin cinslərdə cırlaşaraq məhsuldarlığı azalmışdır. Həmin cinslərin məhsuldarlığı fərdi təsərrüfatlarda saxlanılan cinslərdən 2-3 dəfə artıq idi. Yeni cins yetişdirmə sahəsində fəalliyət göstərən elmi tədqiqat inistitutlarının fəaliyyəti zəifdir və müasir tələblərə cavab vermir. Süni maylanma xidmətləri dövlət və donor təşkilatlar tərəfindən dəstəklənir. Lakin fermerlərin süni mayalanmanın üstünlükləri barədə müqayisəli şəkildə maarifləndirilməməsi bu sahəyə marağın istənilən səviyyədə olmamasına səbəb verir
Heyvanların yemləndirilməsində yem rasionlarına düzgün əməl edilmir. Buna səbəb yaradan amillərdən biri son dövrlər qüvvəli və sulu şirəli yemlərin istehsalında olan geriləmədir. Kiçik fermer təsərrüfatları yemləmədə təkcə qaba yemlərdən və az miqdarda qüvvəli yemlərdən istifadə edirlər. Az miqdarda böyük təsərrüfatlar istisna olmaqla qalan bütün təsərrüfatlar silos, senaş və kökümeyvəlilərdən yemləmədə istifadə etmirlər. Bunu yaradan səbəblərdən biri Respublikada heyvandarlığın inkişafının ekstensiv əsaslara söykənməsidir. Heyvanların əksər hissəsi bələdiyyə, dövlət və şəxsi torpaqlarda otarılır. Sənaye üsulu ilə bağlı şəraitdə saxlanılan sağılan mal-qaranın sayı çox aşağıdır. Bir hektara düşən heyvan sayının miqdarı ekoloji normalardan 3-4 dəfə çoxdur. Otlaqların artıq yüklənməsi və intensiv otarılması məhsuldarlığın aşağı düşməsinə və səhralaşmasına gətirib çıxarır. Otlaqların məhsuldarlığı orta hesabla 4-5 sentnerdir. Otlaqların idarə edilməsi sahəsində təcrübə və assosativ fəaliyyət yoxdur. Otlaqların məhsuldarlığına təsir edən gübrələmə, dincə qoyulma və suvarılma kimi vacib fəaliyyətlər həyata keçirilmir. | Translation - English Livestock yield of the cattle breeds existing in Azerbaijan is low. Average annual livestock yield of local breeds is 1110 liters. Attempts for eliminating barrenness are not sufficient. After the collapse of the USSR, the works in the field of breed improvement were ceased and breed degeneration has started. Not tended according to industrial method, black and white and Swiss cow breeds distributed between private persons during privatization were degenerated and their livestock yield was reduced. Their livestock yield used to be two or threefold higher in comparison with the breeds kept in private farms. Activity of the scientific research institutes functioning in the field of new breed raising is neither sufficient nor in line with modern requirements. Artificial insemination services are supported by state and donor organizations. But farmers are not appropriately appraised about the benefits of artificial insemination, and it leads to insufficient interest in this field.
Ration of cattle feeding is not followed properly. One of the reasons is the recent degradation in the production of concentrated and succulent fodder. Small farms use only roughage feed and concentrated fodder in small quantities. With the exception of few large-scale ones, farms do not use silage, haylage or root crops in feeding. One of the reasons is that, the cattle-breeding system in the Republic of Azerbaijan is an extensive one. Most of the cattle are grazed in municipal, state and private lands. Number of the livestock kept and milked by industrial methods in closed environment is ultimately low. Number of the cattle per one hectare exceeds ecological norms three or four times. Overloaded and intensive usage of pastures leads them to fertility decrease and desertification. Productivity of pastures is approximately 4-5 quintals. There is no experience and associative activity in the field of pasture management. Important activities with the impact on productivity of pastures, such as fertilization, land deposition and irrigation are not realized. |
English to Azerbaijani: sample text General field: Bus/Financial Detailed field: Law: Taxation & Customs |
Source text - English The property tax in Azerbaijan is imposed on land and buildings owned by both physical and legal persons. The tax base for the property tax of physical persons is the buildings and parts of buildings owned by the physical person. The tax base for legal persons is the building and land valued on the balance sheet of the legal entities.
The tax base is weighted by its inventory value for physical persons. It is based on a normative formulae that is not related to market price. The tax base is weighted by the value of the land and building listed on the balance sheet for legal persons. The tax rate imposed on the buildings owned by physical persons is 0.1% of the inventory value. The tax rate imposed on buildings owned by legal persons is 1% of the balance sheet value.
The tax base for the land tax for both physical persons and legal persons is the square meters of the land owned. The tax rates for land depends on its use and location. The administration of the two taxes is divided between the municipalities and the Ministry of Taxation.
| Translation - Azerbaijani Azərbaycanda əmlak vergisi həm fiziki, həm də hüquqi şəxslərə məxsus torpaq və tikililərə şamil edilir. Fiziki şəxslərin əmlak vergisi üçün vergitutma bazasını fiziki şəxsin sahib olduğu torpaq və ya tikililərin bir hissəsi təşkil edir. Hüquqi şəxslər üçün vergitutma bazasını hüquqi şəxslərin balans cədvəli üzrə qiymətləndirilmiş bina və ya torpaq payı təşkil edir.
Fiziki şəxslər üçün vergitutma bazası inventarlaşdırılmış dəyərlə ölçülür və bazar qiyməti ilə əlaqəsi olmayan normativ düstura əsaslanır. Vergitutma bazası hüquqi şəxslər üçün balans cədvəlində sıralanan torpaq və tikili dəyəri ilə ölçülür. Fiziki şəxslərə məxsus tikililər üçün müəyyən edilən vergi dərəcəsi inventarlaşdırılmış dəyərin 0.1% -nə bərabərdir. Hüquqi şəxslərə məxsus tikililər üçün vergi dərəcəsi balans cədvəlindəki qiymətin 1% -nə bərabərdir.
Həm fiziki həm də hüquqi şəxslər üçün torpaq vergisi üzrə vergitutma bazasını malik olunan torpağın kvadrat metrləri təşkil edir. Torpaq vergisinin dərəcəsi istifadədən və yerdən asılıdır. Bu iki verginin idarə olunması Vergilər Nazirliyi və bələdiyyələr arasında bölüşdürülmüşdür. |